İmtahana Giriş
İstifadəçi adı :
Şifrəsi :
Qeydiyyat                   
 
 Dəstəkləyənlər

 


Orta məktəb, ali məktəblərə qəbul, ali məktəb və digər imtahanların testlər vasitəsilə aparıldığı hazırkı dövrdə, bu prosesin həyata keçirilməsini asanlaşdıran hansısa bir “alətin” olması zərurəti yaranır. Elektron imtahan sistemi məhz belə bir zərurətdən doğmuş bir layihədir. Bu sistem  test imtahanlarının kompüterlə keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Sistem test yoxlamalarının keçirilməsini tamamilə avtomatlaşdırmışdır. Həmçinin imtahanların keçirilməsinə sərf olunan vaxtı və maddi vəsaitləri minimuma endirmiş, nəticələrin yoxlanılması dəqiqliyini artırmış və subyektiv amili aradan qaldırmışdır.

Sistem hal hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tətbiq olunmaqdadır. Kompleksdə bu sistem vasitəsilə çoxsaylı imtahanlar keçirilmişdir. Həm imtahanların təşkili və keçirilməsi, həmçinin şagirdlərin qiymətləndirilməsi baxımından sistemin effektivliyi yüksək qiymətləndirilmişdir.

Test tapşırıqları Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri tərəfindən orta məktəb proqramına uyğun hazırlanmışdır.