İmtahana Giriş
İstifadəçi adı :
Şifrəsi :
Qeydiyyat                   
 
 Dəstəkləyənlər

 


Ümumi müddəalar

Bu sayt orta məktəb proqramı daxilində biliklərini yoxlamaq istəyən ixtiyari şəxs, əsasən isə məktəbli və abituriyentlər üçün nəzərdə tutulmuşdur.

Burada 2 növ imtahan verilməsi nəzərdə tutulmuşdur:
    – siniflər üzrə;
    – ixtisas qrupları üzrə.

Sinif imtahanları V-IX sinifləri üzrədir və bura aşağıdakı fənlər daxildir:
    - V və VI siniflər üzrə - azərbaycan dili, ingilis dili, riyaziyyat, ədəbiyyat, tarix, coğrafiya (cəmi 60 sual);
    - VII sinif üzrə - azərbaycan dili, ingilis dili, riyaziyyat, fizika, ədəbiyyat, azərbaycan tarixi, tarix,  coğrafiya, biologiya (cəmi 90 sual);
    - VIII və IX siniflər üzrə - azərbaycan dili, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya, ədəbiyyat, azərbaycan tarixi, tarix, coğrafiya (cəmi 100 sual).
Topludakı  suallar bu sinifdə tədris ili ərzində keçilmiş proqram çərçivəsindədir. 

İxtisas qrupları üzrə imtahanlar isə ali məktəblərə qəbul imtahanlarında olduğu kimidir.

İmtahan prossesi

İmtahanda iştirak edə bilmək üçün ilk növbədə qeydiyyatdan keçməlisiniz.

İstifadəçi adını və şifrəni daxil edərək sistemə daxil olmalısınız.
Sistemə daxil olduqdan sonra siz, V-IX siniflər və I-IV ixtisas qruplarının hansı biri üzrə imtahan vermək istədiyinizi seçməlisiniz.

Sinif və ya qrupu seçdikdən sonra sizə bura daxil olan test tapşırıqları paketləri təqdim olunur. Hər bir paketin qarşısında paketə daxil olan fənlər, fənlər üzrə sualların sayı və paket üzrə imtahana ayrılmış vaxt göstərilmişdir.


Paketin fənni üzrə imtahana başladıqdan sonra, sizə onlayn rejimdə sistemin bazasından fənnin sualları veriləcək və qeyd etdiyiniz cavablar bazaya yazılacaqdır. Fənnin bütün sualları üzrə düzgün saydığınız cavabları qeyd etdikdən sonra testi bitir düyməsinə vurmaq və testi bitirmək istəyinizi təsdiq etmək lazımdır. Bu zaman sizə bu fənn üzrə nəticəniz göstəriləcək və test tapşırıqlarına verdiyiniz cavablara və düzgün cavablar baxmaq imkanı veriləcəkdir. Yadda saxlayın, nə qədər ki, siz testi bitir düyməsini vurmamısınız siz fənnin istənilən testinə keçərək cavablarınızı dəyişə və ya ümumiyyətlə bu fənn üzrə imtahanı dayandıraraq digər bir fənni üzrə imtahanı başlayıb sonradan bu fənnə qayıda bilərsiniz. Lakin testi bitir düyməsini vurduqdan sonra sizin bu fənn üzrə heç bir cavabı dəyişmək imkanınız olmayacaqdır.

V-IX siniflər üzrə imtahanlarda yalnız sizin düz cavab verdiyiniz testlər üzrə nəticə hesablanır və 10 ballıq sistemlə qiymətləndirilir. I-IV qruplar üzrə olan imtahanlarda isə sizə ali məktəblərə qəbul imtahanlarında olduğu qaydada bal hesablanacaqdır.

Texniki tələbat

1. Elektron imtahanda iştirak etmək üçün internetə qoşulmuş fərdi kompüter tələb olunur.

2. Kompüterdə AJAX və JavaScript texnologiyalarını dəstəkləyən brauzer olmalıdır. Bu texnologiyaları brauzerlərin əksəriyyəti dəstəkləyir. Sistemin yaradıcıları Microsoft Windows əməliyyat sistemi və İnterner Explorer 8.0 brauzerini istifadə etməyi tövsiyə edirlər.